Şrift:
“Xalqın söyüşünü eşitməmək üçün küçəyə molla geyimində çıxmırlar”-İranlı axund ruhanilərə nifrətin artmasından gileylənib
06.01.2022 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yanvarın 4-də mediaya açıqlamasında o, deyib ki, Qum və digər şəhərlərin dini mədrəsələrində mollalıq dərsi alan və yenicə molla paltarı geyən gənclər, xalqın nifrətindən və söyüşlərindən özlərini qorumaq üçün evdən bayıra çıxanda molla paltarı əvəzinə adi vətəndaşlar kimi geyinməyə üstünlük verirlər.

“Bu gün mollalıq dərsi alanların əksəriyyəti xalqın söyüş və atmacalarını eşitməmək üçün küçəyə ruhani (molla) paltarı ilə çıxmırlar.

Belə ki, onlar küçəyə çıxanda və ya bazara və mağazaya girib nəsə almaq istəyəndə insanların verdiyi söyüşləri və onlara atdıqları atmacaları eşitməmək üçün imkan daxilində ruhani paltarını geyməməyə çalışırlar.

İran cəmiyyətində insanların ruhanilərə (axundlara-Red) olan baxış tərzi çox dəyişib və onlar axundlara artıq pis gözlə baxırlar.

Misal üçün axundlar taksiyə minəndə digər sərnişinlər onları söyür və ya atmaca atırlar. Daha doğrusu, insanlar bu gün ölkəyə hakim ağır iqtisadi durumu, baş alıb gedən bahalığı və mövcud digər bütün problem və çətinlikləri molla və axundların gözündən görürlər.

Təəssüflər olsun ki, islam inqilabından əvvəl xalqla ruhanilər arasında olan əvvəlki münasibətlər bu gün yoxdur və ona kəskin xələl gətirilib və bunu düzldib əvvəlki vaxtlara qaytarmaq isə bu asanlıqla mümkün deyil”, -deyə Qum “Elmiyyə hövzəsi”nin Müdərrislər və Araşdırmaçılar Assosiasiyasının üzvü axund Məhəmmədtaqı Fazil Meybodi bildirib.
Bu xəbər oxucular tərəfindən 1017 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed