07.01.2022 [10:28] - Gündəm, Sağlıq
Koronavirus pandemiyası başlayandan bəri dünya üzrə növbəti ən yüksək həftəlik yoluxma halı qeydə alınıb və həftəlik yoluxmaların sayı 9,5 milyona çatıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumatda bildirilir ki, 27 dekabr 2021 – 2 yanvar 2022-ci ili əhatə edən həftə ərzində yoluxmalar öncəki həftə ilə müqayisədə 71 faiz artıb və real göstəricilər rəsmi statistikadan daha yüksək ola bilər. Yeni il günlərində isə dünya üzrə koronavirusla əlaqədar ölənlərin sayı 41 min nəfər olub.
Qeyd edək ki, pandemiya başlayandan indiyədək 289 milyon yoluxma halı və 5,4 milyon ölüm halı rəsmi statistikada əksini tapıb. Bir həftə ərzində Şimali və Cənubi Amerikada yeni yoluxma halları iki dəfə, Avropada isə 65 faiz artıb.
ÜST insanları pandemiyaya qarşı mübarizə qaydalarına riayət etməyə və peyvənd olunmağa çağırıb, eyni zamanda dünyada peyvənd preparatlarının ədalətsiz bölgüsünü tənqid edib.

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |