07.01.2022 [10:34] - Gündəm, Sağlıq
Yaponiya hökuməti Okinava, Hiroşima və Yamaquçi prefekturalarında COVID-19-a yoluxma sayı artdığına görə gücləndirilmiş məhdudiyyətlər tətbiq edəcək.
Bu barədə yanvarın 7-də ekspertlər komissiyasının iclasında iqtisadiyyatı bərpa naziri Dayşiro Yamaqiva bəyan edib.
“Qeyd edilən prefekturalarda son həftə ərzində yoluxma sayı əhəmiyyətli dərəcədə artıb. Əgər lazımi addımlar atılmazsa, həmin regionlarda səhiyyə sisteminin yükü hədsiz artacaq. Buna görə də yanvarın 9-dan 31-dək bu regionlarda gücləndirilmiş tədbirlər rejiminin tətbiqi təklif olunur”, - deyə nazir bildirib.
Gücləndirilmiş tədbirlər rejimi kütləvi tədbirlərin qadağan edilməsini, həmçinin ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur. Bu barədə rəsmi qərarın hökumətin axşam iclasında qəbul ediləcəyi bildirilir.
Qeyd edək ki, Yaponiyada bir gün əvvəl koronavirusa 4400 yeni yoluxma halı qeydə alınıb. Bu, ötən il sentyabrın 18-dən bəri qeydə alınan ən yüksək göstəricidir. Regionlar arasında ən gərgin vəziyyətin Okinava prefekturasında qeydə alındığı bildirilir. Həmin prefekturada bütün pandemiya dövründə sutkalıq antirekord qeydə alınıb – 981 nəfər.

Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |