07.01.2022 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata görə, sel nəticəsində Sistan-Bəlucistan əyalətinin təkcə Konarək şəhərində 2 mindən çox evi su basıb, həmin evlərin 70 faizi yararsız hala düşüb.
Bu barədə yanvarın 5-də mediaya açıqlama verən Konarək şəhərinin fərmandarı Abdulqafur Hut deyib ki, su basan həmin 2 mindən çox evdəki mənzil əşyalarının 90 faizi də tam yararsız vəiyyətə düşüb.
“Hazırda sel nəticəsində onlarla şəhər və kəndin, o cümlədən də Çahbahar, Konarək, Sərbaz, Nikşəhr, Dəştyari, Fənuc, Qəsrqənd və Delqana gedən yollar bağlanıb, elektrik xətləri sıradan çıxıb, əksər evləri isə su basıb.
Hesab edirəm ki, bütün dövlət qurumları və yerli xeyirxah şəxslər evlərini su basan yerli əhaliyə bu ağır vəziyyətdən çıxmaq üçün yardım etməlidir”, -deyə Konarək fərmandarı Abdulqafur Hut bildirib.
Xatırladaq ki, İran Qızıl Aypara Cəmiyyətinin Yardım və Nicat Təşkilatının rəisi Mehdi Vəlipur yanvarın 4-də mediaya Sistan-Bəlucistan əyaləti də dail olmaqla ölkənin 14 əyalətində sel və daşqınların baş verməsi nəticəsində ən azı 8 nəfərin ölümündən xəbər vermişdi.
Qeyd edək ki, Sistan-Bəlicistan əyaləti İranın ən yoxsul, kasıb və baxımsız əyalətlərindən biri sayılır.
Pakistanla həmsərhəd olan bu əyalətdə yerli əhalinin 70 faizindən çoxu işsiz olduğundan insanlar ailələrini dolandırmaq üçün istəmədən narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaq məcburiyyətində qalırlar.

Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |