Şrift:
İndoneziya kömürün ixracına qadağa bərədə qərarına yenidən baxacaq
11.01.2022 [11:04] - Xəbərlər, İqtisadiyyat
İndoneziya hökuməti daş kömürün ölkədən ixracına qoyulan qadağa barədə qərarını mərhələlərlə aradan qaldırmaq məsələsini yanvarın 12-də müzakirə edəcək.

Dünyanın nəhəng kömür ixracatçılarından biri olan İndoneziya cari ayın sonlarınadək ölkədəki elektrik stansiyalarının tələbatını nəzərə alaraq bu məhsulun xaricə göndərilməsini dayandırıb.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Haqiuda Koiçi yanvarın 10-da İndoneziyanın energetika naziri Arifin Tasrif ilə görüşündə bu ölkəni həmin qərara yenidən baxmağa çağırıb. Yapon nazir qeyd edib ki, Yaponiya öz elektrik stansiyalarını yanacaqla təchiz etmək üçün İndoneziya kömürünə böyük ehtiyac duyur.

İndoneziyanın bu qadağa barədə qərarı Çin, Hindistan və Yaponiya kimi böyük ixracatçı ölkələr tərəfindən narahatlıqla qarşılanıb.

İndoneziya hökuməti yanvarın 10-da bəyan edib ki, daxili bazarda kömürlə əlaqədar vəziyyət sabitləşdiyinə görə yanvarın 12-dən etibarən ixracın mərhələlərlə bərpası planını müzakirə edəcək.

Lakin bununla yanaşı, İndoneziya hökumətinin nümayəndəsi bildirib ki, yekun qərar qəbul edilməzdən əvvəl hakimiyyət orqanları ilk növbədə ölkə daxilində tələbatı araşdıracaq.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed