12.01.2022 [10:07] - Gündəm, İdman
Yanvarın 11-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Autizm Assosiasiyasının üzvləri ilə görüşüb.
Gənclər və İdman Nazirliyindən bildiriblər ki, Respublika Olimpiya Mərkəzində keçirilən görüşdə autizmlilərə verilən idman təliminin bir qismi nümayiş etdirilib.
Görüşdə qeyd olunub ki, autizmlilərin reabilitasiyasında idmanın çox böyük rolu var. Müxtəlif idman növləri üzrə (stolüstü tennis, atletika, velosiped idmanı, bocce və s.) təlimlər keçirilir.
Tədbirdə təlimlər və yarışlar barədə məlumat verilib. Fərid Qayıbov autizmli uşaqların idman məşğələlərinə cəlb edilməsi və reabilitasiyasına diqqətin artırılması mövzusunda mütəxəssislərlə fikir mübadiləsi aparıb.
Görüş çərçivəsində bocce idman növünün kiçik təqdimatı da olub.

Bu xəbər oxucular tərəfindən 880 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |