12.01.2022 [17:17] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) birinci katibi Əbdürrəhman Vəzirov 91 yaşında vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
Ə.Vəzirov 1988–1990-cı illərdə Azərbaycan SSRİ Kommunist Partiyası MK-nın 13-cü birinci katibi, SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri olub. Vəzirov Azərbaycan xalqının yaddaşında heç də uğurlu bir rəhbər kimi qalmayıb.
Bəs o dövrün siyasiləri, ictimai xadimləri Əbdürrəhman Vəzirovu necə xatırlayıb?
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP), istiqlalçı deputat Fərəc Quliyev isə Vəzirovu bacarıqsız, qorxaq siyasətçi adlandırıb:
“Dünyasının dəyişən şəxs haqqında hər kəs xoş fikir demək istəyir. Deyirlər ki, ölüdən şeytan da əl çəkir. Amma Azərbaycan tarixində Vəzirov uğursuz bir kadr kimi yadda qaldı. Bacarıqsız və qorxaq bir siyasətçi kimi tanındı. Azərbaycan istiqlala qovuşan illərdə Vəzirov milli maraqlardan çıxış edə bilmədi. Hər halda Vəzirov da, Ayaz Mütəllibov da, SSRİ-yə qulluq edən adamlar da millətin xatirəsində yaxşı şeylərlə qala bilmədilər. Amma daha Vəzirov artıq dünyasını dəyişib, ona görə kəskin fikirlər söyləmək istəmirəm”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |