Şrift:
Naxçıvanda son 5 ilin ən yüksək göstəricisi – 573 milyon 380 min manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunub
13.01.2022 [10:36] - Gündəm, İqtisadiyyat
Ötən il muxtar respublikada 573 milyon 380 min manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu, 2020-ci illə müqayisədə 5,3 faiz çoxdur.

Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2020-ci ildə 4,6 faiz, 2019-cu ildə 4,5 faiz, 2018-ci ildə 4,4 faiz, 2017-ci ildə isə 4 faiz artıb. Bu mənada ötən il muxtar respublikada kənd təsərrüfatı sahəsində əldə edilən artımın həcmi son 5 ildə qeydə alınmış ən yüksək göstəricidir.

Qeyd edək ki, muxtar respublikada 2021-ci ilin məhsulu üçün 64 min hektardan artıq sahədə əkin aparılıb. Əkilmiş sahələrin 32 min 721 hektarını taxıl təşkil edib, 103 min tondan artıq məhsul yığılıb.
Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed