Şrift:
Livanda “İranın işğalına son qoymaq üçün Milli Şura” adlı qurum yaradılıb
13.01.2022 [11:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Livan parlamentinin keçmiş deputatı, 14 Mart Xalq Hərəkatı Qüvvələrinin koordinatpru Fares Antoun Souaid yanvarın 11-də “Asharq Al-Awsat” qəzetinə açıqlamasında məlumat yayıb.

Ölkəsinin İran İslam Respublikası tərəfindən işğal edildiyini bildirən Fares Souaid deyib ki, Livanın 200-dən çox tanınmış siyasi şəxsiyyəti bir araya gələrək “İranın işğalına son qoymaq üçün Milli Şura” adlı qurum yaradıblar.

“Livanın bu gün iqtisadi, siyasi, məişət, maliyyə və diplomatik baxımdan çökməsinə səbəb olan hazırkı milli böhran ölkəmizin İran tərəfindən işğal olunması ilə bağlıdır.

Bunu cəsarətlə etiraf etməliyik ki, bu gün vətənimiz Livan İranın işğalındadır. Məhz buna görə də hesab edirik ki, Livandakı bütün siyasi partiya və cərəyanların əsas prioriteti Livan hökumətini İran rejiminin cəngindən qurtarmaq, İranın ölkəmizə qarşı işğalçılıq siyasətini aradan qaldırmaq olmalıdır”, -deyə Livan parlamentinin keçmiş deputatı, 14 Mart Xalq Hərəkatı Qüvvələrinin koordinatoru Fares Antoun Souaid bildirib.

Yayılan məlumatda bildirilir ki, Livanda yenicə yaranmış “İranın işğalına son qoymaq üçün Milli Şura”nın əsas hədəflərindən biri, İranın bu ölkədə yaratdığı və hər baxımdan dəstəklədiyi “Hizbullah” terror təşkilatının
fəaliyyətinin qarşısını almaq və bu təşkilatın qüvvələrini tərksilah etməkdir.

Qeyd edək ki, İranın Livanda yaratdığı “Hizbullah” terror təşkilatı bu ölkənin mərkəzi hökumətinə məhəl qoymadan özbaşına şəkildə fəaliyyət göstərir, rəsmi Tehranın bu ölkədəki hədəflərini yerinə yetirərək Livan hökumətinin xarici siyasətinə təsir etməyə çalışır.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed