Şrift:
Təhsil işçilərinin etiraz aksiyası hökuməti qorxuya saldı: Polis yolları bağladı
14.01.2022 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qeyd edək ki, yanvarın 13-də İran Təhsil İşçiləri Koordinasiya Şurasının növbəti çağırışından sonra onlarla şəhərdə etiraz aksiyası başlayıb.

Aksiyanın miqyasından təlaşa düşən hökumət Təbrizdə geniş təhlükəsizlik tədbirlər həyata keçirib.

Bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Məlumata görə, Baş Təhsil İdarəsi ətrafına və idarəyə gedən yollar bağlanıb.

Aksiya keçirilən bölgəyə çoxlu sayda polis qüvvələri cəlb olunub.

Məlumata görə, görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq müəllimlər Baş Təhsil İdarəsinin qarşısına toplaşmağa çalışır.
Bu xəbər oxucular tərəfindən 958 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed