Şrift:
Serbiya ötən il 3,9 milyard avro xarici investisiya cəlb edib
17.01.2022 [10:09] - Xəbərlər, İqtisadiyyat
Serbiya 2021-ci ildə 3,9 milyard avro (4,4 milyard dollar) birbaşa xarici investisiya cəlb edib.

Bu barədə Serbiyanın Baş naziri Ana Brnabiç deyib.

O bildirib ki, keçən il ölkənin Zrenyanin, İndyiya, Baçka Topola, Belqrad, Aleksinaç və Subotika şəhərlərində zavodlar açan xarici sərmayəçilərin ümumilikdə 12 min 490 nəfəri işlə təmin ediblər.

Qeyd edək ki, Serbiya 2020-ci ildə 2,9 milyard avro xarici investisiya cəlb edib və Qərbi Balkan ölkələrində xarici investisiyaların 63 faizi bu ölkəyə yatırılmışdı.
Bu xəbər oxucular tərəfindən 592 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed