29.12.2012 [11:33] - Güney Azərbaycan xəbərləri
İranda mühafizəkarlar hakimiyyətinə yaxın İslam Koalisiya Partiyasının üzvü Həbibullah Əsgərövladi dekabrın 27-də jurnalistlərə açıqlamasında 700 günə yaxındır ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.
Həbibullah Əsgərövladi deyib ki, Mirhüseyn Musəvi və Mehdi Kərrubinin hakimiyyətə qarşı fitnə törətdiyinə inanmır: “Hesab edirəm ki, Mirhüseyn Musəvi və Mehdi Kərrubini bu asanlıqla itirmək olmaz. Bu düzgün deyil. Mən Musəvi və Kərrubi ilə işləmişəm. Musəvi baş nazir olanda 1 il nazir postu tutmuşam. Bir neçə il də İmdad Komitəsində Kərrubi ilə birgə çalışmışam. Ona görə də hesab edirəm ki, onların fitnə əhli olduğuna inanmaq düzgün olmaz. İnanıram ki, fitnəçilər onlar yox, onların ətrafına yığışanlardır”.

Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |