18.01.2022 [10:36] - Gündəm, Sağlıq
Yaponiya hökuməti paytaxt Tokio rayonunda və yaxınlıqda yerləşən daha üç prefekturada koronavirusun “omikron” ştamının yayılmasının qarşısını almaq məqsədilə fövqəladə vəziyyət rejimi elan etməyə hazırlaşır.
Yaponiya Səhiyyə Nazirliyi yanvarın 17-də bütün ölkə üzrə 20 mindən çox yoluxma halının qeydə alınması barədə məlumat yayıb. Bu, yoluxma halının fasiləsiz şəkildə 20 mini ötdüyü dördüncü gündür.
Tokioda xəstəxana çarpayılarının tutulması 21,1 faizə çatıb və paytaxt hökuməti daha sərt tədbirlərin görülməsi üçün mərkəzi hökumətə müraciətin vaxtının çatdığını bildirib.
Artıq Tokio, Saytama, Çiba və Kanaqava prefekturaları mərkəzi hökumətə fövqəladə vəziyyət rejiminin elan olunması xahişi ilə müraciət ediblər.
Həmçinin Tokay, Qifu və Mie prefekturaları da mərkəzi hökumətə belə bir xahiş göndəriblər. Aiçi prefekturasının yanvarın 18-də bu müraciətə qoşulacağı gözlənilir.
Yaponiya hökuməti həmin prefekturalarla yanaşı, Niiqata, Naqasaki, Kumamoto və Miyazaki prefekturalarında yoluxma sayı artdığına görə fövqəladə vəziyyət elan etməyi planlaşdırır. Həmin ərazilərdə məhdudiyyətlərin üç həftə müddətinə tətbiq olunacağı gözlənilir.
Yanvarın 18-də Baş nazir Fumio Kişidanın səhiyyə naziri və koronavirusla mübarizəyə cavabdeh nazirlə görüşəcəyi və hökumətin qəbul etməli olduğu tədbirləri müzakirə edəcəyi bildirilir.
Məsələ ilə bağlı müvafiq hökumət qrupunun da yoluxucu xəstəliklər üzrə ekspertlər qrupu ilə müzakirələrdən sonra yanvarın 19-da qərar verəcəyi qeyd edilir.
Əlavə olaraq xatırladaq ki, Okinava, Yamaquçi və Hiroşima prefekturalarında fövqəladə vəziyyət rejimi artıq yanvarın 9-dan qüvvədədir.

Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |