01.11.2011 [05:50] - Mədəniyyət
Ən gözəl təqdimatı belə kölgədə qoyacaq dahiliyə sahib
Azərbaycan şairi, yazıçı və dramaturq-Hüseyn CAVİD!
“Dünyada hər kəs qantökənləri dahi adlandırdı, bir tək Hüseyn Cavid
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur, Yer üzünü!”
dedi!!!”
“Turana qılıncdan daha kəskin, ulu bir qüvvət,
Yalnız, mədəniyyət, mədəniyyət, mədəniyyət!”
Hüseyn Cavid Sovet İmperiyasının xüsusi xidmət orqanları tərəfindən təqib olunsa da ilk dəfə məhz bu iki misraya görə sorğuya çağrıldı. Və bu da Hüseyn Cavid kimliyinin fiziki məhvinin başlanğıcına gətirib çıxardı.
Hüseyn Cavid: fəlsəfənin fövqündə bir düha. Naxçıvan doğumlu. Diqqət etmisinizsə Naxçıvanın ayrıca bir xətti var Azərbaycan ədəbiyyatında. Öz qətiliyi, fəlsəfə anlayışıyla xüsusiliyini qoruyub-saxlayır.
Mən Hüseyn Cavid fəlsəfəsinin qarşısında baş endirməyəcək bir türk tanımıram. Öz düşüncələrimi ortaya qoymazdan əvvəl gəlin Cavid ömrünə qısaca bir yolculuğa çıxaq:
Hüseyn Abdulla (Məşədi Qulu) oğlu Rəsizadə-1843-cü ildə Naxçıvanın Şahtaxtı kəndində, ruhani ailəsində dünyaya gəlib. İbtidai təhsilini molla məktəbində, orta təhsilini isə Məmməd Tağı Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alan Hüseyn 1909-cu ildə İstanbul universitetinin ədəbiyyat şöbəsini bitirmiş, Naxçıvanda, Gəncə və Tiflisdə 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
Hüseynin atası Molla Abdullanın gözəl səsi, savadı ona “başı əmmaməli ziyalı” ləqəbi qazandırmışdı. Molla Abdulla böyük oğlu Məhəmmədə İranda ruhani təhsil aldırmış, Hüseyni də eynilə əvvəlcə İranda, sonra da Türkiyədə kamil təhsil almağa vadar etmişdi. Elm Molla Abdulla ailəsinin əsas qayəsindən idi. Çoxlu ziyalılar, müəllimlər yetişdirən bu nəslin müəllimlərindən biri də Hüseyn oldu.
İslam aləmində movcud olmuş ideyalar, sufi meylləri və ümumiyyətlə sufizm təriqəti o dövrün bir çox yazıçı və şairlərı kimi Cavid Hüseyn yaradıcılığında da özünü biruzə vermişdir. Fikir versək görərik ki, bir çox məqamlar, işıqlı cəhətlər sufi təriqətinin mistik məqamlarını xatırladır, ümumilikdə isə, Hüseyn Cavid heç bir inama sığmayan şairdir. O, Allah bir olduğu kimi dinin də bir olduğuna inanır. Bütün dinlər Hüseyn Cavid fövqündə durur.
Onun vahid din istəyi bu şeirində özünü daha aydın göstərir;
“Din bir olsaydı yer üzündə əgər,
Daha məsud olurdu, cinsi-bəşər!”
Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur.
Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haqq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.
“İBLİS”
“İblis” dram əsəri 1918-ci ildə yazılmışdır. Orduları dağıdılmış, başkəndi işğal edilmiş, qalib ölkələrin orduları hər tərəfində cövlan edən bir Anadolunun bu halı Hüseyn Cavidi çox üzür, o pərişandır və əndişəlidir. Məhz bu səbəbdən Hüseyin Cavid “İblis” dram əsərini yazmışdır. Bəzi yazarlar bu əsərdə böyük Hüseyn Cavidin Elxan xarakterini Atatürkə bənzədirlər:
Güntay Gəncalp: ”Böyük Hüseyn Cavidin təsvir etdiyi “Elxan” obrazının yapdıqları ilə Mustafa Kamal Atatürkün yapdıqları, davranışları arasında çox bənzərlik var. Elxan Osmanlını devirmək üçün saraydan ayrılmışdır. Mustafa Kamal da eyni şəkildə. Elxan da Osmanlı gözündə bir qanun qaçağıdır, Mustafa Kamal da. Elxan da Osmanlını devirmədən qurtuluş olmaz inancına sahibdir, Atatürk də. Elxanın ormanlıqda hesablaşdığı xainlərlə və Osmanlı dəyərləri ilə Atatürk də eyni şəkildə hesablaşmış, Osmanlını ortadan qaldırıb bütün dəyərləri və yönətim şəkli ilə tarixə gömmüşdü. Elxan, yönətimi ərəb və erməni casuslarından təmizləyir. Atatürk 1921-ci ildə Türk Ocaqları Konferansında “Dövlətin qurucusu olan biz türklər “nəcib millət” adı altında ərəblərə, sadiq millət adı altında ermənilərə və arnavutlara qul edilmişdik” deyir. Elxan da dövləti Osmanlı adı ilə bilinən yabancının əlindən çıxarmağa çalışır, Atatürk də. İştə Hüseyn Cavidin tablolaşdırdığı Elxan obrazı gerçək həyatda öz təcəssümünü bulmuş olur. Hüseyn Cavid böylə bir qurtuluş düşləmişdi və Hüseyn Cavidin düşləri gerçək oldu. Hüseyn Cavid türklüyün qurtuluşu üçün bir tək seçənək sunmuşdu: Qurtarıcı öndərin ortaya çıxması. “Elxan” və Mustafa Kamal, yalnızca ulusun və ölkənin qurtarıcısı deyil, tarixin də qurtarıcısı kimi meydana çıxarlar. Biri Hüseyn Cavidin təsəvvüründə, digəri isə gerçək yaşamda”.
“Türk ordusu daim basaraq ölkələr almış,
Ən sonra siyasətdə basılmış və bunalmış.
İdrakı sönük başçıların qəfləti ancaq,
Etmiş, edəcək milləti əllərdə oyuncaq.”
Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930). Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırdığına görə Sibirə sürgün edilmiş və orada həlak olmuşdur. Yüzillik yubileyi ərəfəsində Azərbaycan dövləti öz dəyərini özünə qaytardı. Cavidin məzarının qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edildi. Qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır.
Cavidin daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. “Gözəllik naminə, sevgi naminə” yazan böyük sənətkar neft buruqlarından, dəniz qəhrəmanlarından, tarlada səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından yazmadı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına da olsa, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi, eləcə də qaldı.
“Mənim Tanrım gözəllikdir, sevgidir” dedi, o gözəlliyə də yüksəldi.
Ruhun şad olsun Cavid Əfəndi. Bizim milli ləyaqətimizin simvolu kimi sənin Azərbaycan ədəbiyyatı tarixindəki varoluşun, əməllərimizin simvolu kimi də “İblis”in hər zaman yaşayacaq!

Nigar İsfəndiyarqızı
Bu xəbər oxucular tərəfindən 2494 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |