Şrift:
Mərakeş dəniz yatağından qaz hasil etməyi planlaşdırır
19.01.2022 [10:18] - Gündəm, İqtisadiyyat
Mərakeş Krallığı bu yaxınlarda kəşf olunan dəniz yatağından 2024-cü ilə qədər qaz hasil etməyi planlaşdırır.

Bu barədə Milli karbohidrogenlər və faydalı qazıntılar idarəsinin Baş direktoru Amina Benxadra bildirib. Qazın hasil olunması 2024-cü ildə Laraş liman şəhərində yerləşən Liksus dəniz kəşfiyyat sahəsində planlaşdırılıb.

A.Benxadranın sözlərinə görə, kəşf olunan qaz Kuneytra və Moxammediya stansiyalarının qidalanması üçün elektrik enerjisinin istehsalına yönəldiləcək.
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed