Şrift:
20 Yanvar faciəsində əlil olan Pirallahı sakinləri ziyarət ediliblər
19.01.2022 [10:22] - Xəbərlər, Sosial
Yanvarın 18-də 20 Yanvar faciəsində əlil olan Pirallahı sakinləri ziyarət olunublar.

Ziyarətdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının, rayon icra hakimiyyətinin rəhbər və nümayəndələri iştirak ediblər.

Görüşdə bildirilib ki, 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biridir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi müdaxilə isə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. O qanlı gecədə Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyinin xalqımızın iradəsini, yaranmaqda olan milli azadlıq hərəkatını boğmaq üçün törətdiyi qırğın və cəza tədbirləri nəticə etibarilə bu qanlı rejimin özülünü sarsıtdı. Vurğulanıb ki, torpaqlarının bütövlüyü yolunda şəhidlər verən xalqımız bu faciədən sonra milli azadlıq mübarizəsini davam etdirərək iki il keçməmiş müstəqilliyinə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.

Qeyd edilib ki, 20 Yanvar qırğını və digər faciələr zamanı mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Xalqımız 20 Yanvar faciəsini daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Ziyarət zamanı 20 Yanvar faciəsində əlil olan Pirallahı sakinləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 475 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed