19.01.2022 [10:52] - Xəbərlər, İdman
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Taekvondo Federasiyasının Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş taekvondo idman növü üzrə yoldaşlıq görüşü keçirilib.
İdarədən verilən məlumata görə, əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək bildirib ki, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsi yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. İdarə rəisi Azərbaycanın müstəqilliyinə gedən yolda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyərək, yoldaşlıq görüşündə çıxış edən hər bir komandaya uğurlar arzu edib.
Yarışın sonunda qaliblər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlarla təltif olunub.

Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |