19.01.2022 [11:11] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin “01.kg”, “today.kg”, “barometr.kg”, “nazarnews.org” portallarında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı rus dilində məqalələr yerləşdirilib.
Məqalələrdə 20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyətdən bəhs edilir. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun böyük hərbi kontingenti Bakıya yeridilib. Əməliyyat zamanı qocalara, qadınlara, uşaqlara qarşı qəddarlıq və görünməmiş vəhşiliklər törədilib, 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.
Qeyd olunub ki, o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev yanvarın 20-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib, mətbuat konfransı keçirib, sovet qoşunlarının Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyib.
Heydər Əliyev bu cinayətlərə görə keçmiş SSRİ-nin rəhbərlərini ittiham edib, faciəyə görə məsuliyyəti bilavasitə Mixail Qorbaçovun daşıdığını bildirib.
Məqalələrdə vurğulanır ki, bu faciəni törətməklə keçmiş SSRİ-nın rəhbərliyi 1966-cı ildə qəbul olunan İnsan Hüquqları Paktını, 1975-ci il Helsinki Yekun Aktını, 1949-cu il Cenevrə Konvensiyasını və digər beynəlxalq sənədlərin maddələrini pozub.

Bu xəbər oxucular tərəfindən 5343 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |