Şrift:
Xalq qəhrəmanının xatirəsinə hörmətsizlik: Bağır xanın evi narkomanların sığınacağına çevrilib
19.01.2022 [11:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Xiyaban” məhəlləsində yerləşən bu tarixi ev təxminən bir il əvvəl tarixi abidələr siyahısına salınıb.

Lakin buna baxmayaraq binanın bərpası ilə bağlı bir iş görülmür.

Hazırda yarı dağılmış halda olan ev narkomanların sığınacağına çevrilib.

2020-ci il oktyabrın 3-də Təbriz Şəhər Şurasının mədəniyyət komisiyasının sədri Şəkur Əkbərnejad Bağır xanın evinin bərpa olunacağı ilə bağlı vəd vermişdi.

Onunla yanaşı Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəhbəri Əhməd Həmzəzadə də Bağır xanın evinin təmir olunacağını demişdi.

2021-ci il fevralın 22-də yarımuçulu bina tarixi abidələr siyahısına salınsa da, bərpası ilə bağlı verilən vədlərin heç biri yerinə yetirilməyib.
Bu xəbər oxucular tərəfindən 917 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed