30.12.2012 [10:36] - Gündəm, Hərb
Rusiya hərbi sənayesi postsovet respublikalarına pilotsuz uçuş aparatlarının (PUA) satışı istiqamətində fəaliyyətə başlayıb.
Rusiyanın müxtəlif şirkətləri tərəfindən 2012-ci ildə bu istiqamətdə bir sıra addımlar atılıb. Bu il postsovet respublikalarından ikisi - Ermənistan və Qazaxıstanla PUA-ların satışına dair anlaşma əldə olunub.
İmzalanmış müqavilə çərçivəsində 2012-ci ildə Rusiya Ermənistana «Ptero-E5» tipli PUA-ların 4 kompleksini çatdırıb. «AFM-Servers» şirkəti tərəfindən istehsal edilmiş bu pilotsuz aparatlar Ermənistan Fövqəladə Hallar Nazirliyi tərəfindən istifadə olunur. Rusiyanın «Aerokon» şirkəti də Ermənistanla PUA-ların alğı-satqısına dair anlaşma imzalayıb.
Qazaxıstanla görüşlərin nəticəsi olaraq bu ölkəyə də «İrkut» tipli PUA-ların 4 kompleksinin satışı planlaşdırılır.

Bu xəbər oxucular tərəfindən 1214 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |