20.01.2022 [11:51] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Cənab Prezidentin bütün müsahibələri böyük maraq doğurub. Xüsusən də 44 günlük müharibə dönəmində xarici jurnalistlərlə olan görüşləri çox əhəmiyyətli idi. Yerli media üçün verdiyi müsahibə də olduqca əhəmiyyətli idi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib.
Onun sözlərinə görə, bu müsahibədə dünya ictimaiyyətini düşündürən məsələlərə cavab verildi: “Əlbəttə Ermənistan tərəfi Prezidentin çıxışlarını izləyirlər və buradan öz mesajlarını aldılar. Bütün məsələlərə demək olar ki, toxunuldu. Xüsusən Azərbaycanın tutduğu strateji hədəflər, müəyyən məsələlərə baxışlar tam şəkildə aydın oldu. Hesab edirəm ki, bu Ermənistan tərəfi üçün çox vacib idi. Ermənistan tərəfi də artıq anlayır ki, Azərbaycan Prezidentinin verdiyi bütün mesajlar bağlı qapılar arxasında səslənmir. Azərbaycan dövlətinin siyasəti hər zaman açıq olmuşdur. Ona görə də dünyada etimad qazanıbdır. Birmənalı şəkildə fikrimizi ortaya qoymuşuq və dediyimiz sözlərin arxasında durmuşuq. Buna görə də Ermənistan özünə dərs götürməlidir. Biz sülh qazandıqdan sonra əməkdaşlıqla bağlı Ermənistandan adekvat cavablar görmürük. Artıq ölkə başçısı bir müddət vaxt verdi. Əgər sülh müqaviləsi olmazsa, köklü bir şəkildə fərqli yanaşma olmazsa, danışıqlardan sonra real həyatda bu sözlər əməldə öz əksini tapmazsa məcburuq fəqli ölçülər götürək. Konkret olaraq dəhlizlə bağlı, sülhməramlılarla bağlı, Azərbaycanda yaşamaq istəyən ermənilərlə bağlı, erməni əsilli azərbaycanlıkarın sayı ilə bağlı məsələlərin ifadə olunması onu göstərir ki, Azərbaycan tərəfi hər şeyi nəzarətdə saxlayır. Biz, əlbəttə ki, əməkdaşlığın olmasını istəyirik, amma olmayacaqsa təbii ki, məcbur edəcəyik".

Müəllif: Abutel İlhamqızı/sia.az
Bu xəbər oxucular tərəfindən 580 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |