30.12.2012 [10:50] - Mədəniyyət, Borçalı
Tiflisdə Gürcüstanda yaşayıb-yaradan azərbaycanlı yazıçı və şairlərin əsərlərindən ibarət kitab nəşr olunub.1330 səhifədən ibarət olan və “Ədəbi Gürcüstan” adlanan kitab son 350 ilin ədəbi antologiyasını əhatə edir. Layihənin müəllifi Gürcüstan paytaxtında fəaliyyət göstərən “Varlıq” Mədəniyyət Mərkəzidir. Kitabın tərtibçiləri AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət və yazıçı Nəriman Əbdülrəhmanlıdır. Kitabda 208 yazıçı və şairin əsərləri, o cümlədən 14 nəfər qeyri-azərbaycanlı yazıçının əsərləri toplanıb.
Kitabı nəşrə hazırlayan şair Rafiq Hümmət açıqlamasında kitabda hər yazıçının tərcümeyi-halı və əsərlərindən nümunələr verildiyini bildirib: “Kitabda təxminən XVII əsrin ortalarından bu günümüzə qədər gəlib çatan və Gürcüstanda doğulan azərbaycanlı-türk şair-yazıçıların, eyni zamanda Azərbaycan dilində yazıb-yaradan bir çox gürcü, yunan, aysoru sənətkarların həyatı və yaradıcılığı barədə qısa bilgilər və əsərlərindən nümunələr yer alıb. İki yüzdən çox müəllifin ilk dəfə olaraq cəmləndiyi bu topluda ədəbiyyatımızın hər kəsə tanış olan məşhur simaları ilə birlikdə indiyədək çox az tanınan və ya heç tanınmayan bəzi şair-yazıçılar da təqdim olunub. Topluda istedadlı və gənc azərbaycanlı yazarlara da geniş yer ayrılıb”.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirilib. Kitabın məsləhətçiləri filologiya üzrə fəlsəfə doktoru, professor Arif Əmrahoğlu və filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlidir.

Bu xəbər oxucular tərəfindən 1657 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |