Şrift:
Böyük Britaniyada kral III Henrinin dövrünə aid sikkə tapılıb
24.01.2022 [10:27] - Gündəm, Mədəniyyət
Böyük Britaniyada kral III Henrinin dövrünə aid sikkə tapılıb.

Ölkənin cənub-qərbində yerləşən Devon şəhərində əkinçilik sahəsində tapılan qızıl sikkənin 1257-ci ildə zərb edildiyi müəyyənləşib.

Sikkənin üzərində kral bir əlində qlobus, digərində isə əsa tutmuş şəkildə təsvir olunub. Zərb edilən pulların günümüzə qədər gəlib çatmış cəmi 8 nümunəsinin olduğu vurğulanıb.

Hərraca çıxarılan qızıl qəpiyin 400 min funt sterlinqə alıcı tapacağı gözlənilir.

Kral III Henri 1216-cı ildən 1272-ci ilə qədər (ölümünə qədər) Britaniyanı idarə edib və o, ölkə tarixində ən uzun hökmranlıq edən krallardan biridir.

Qeyd edək ki, Böyük Britaniyanın 1996-cı il Xəzinədarlıq Qanununa əsasən, sikkəni tapan şəxs, daha geniş bir kəşfin bir hissəsi olmasa sikkəni saxlaya və ya sata bilər.
Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed