Şrift:
Təbrizli ailə 4 illik mübarizədən sonra övladları “Ataxan”a şəxsiyyət vəsiqəsi ala bilib
24.01.2022 [10:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə uşğaın atası Adil Çupani özünün sosial media hesabında etdiyi paylaşımda bildirib.

2021-ci ilin oktyabr ayında Təbrizin Qeydiyyat İdarəsinin məsulları Adil Çupaniyə “Ataxan” adının Qeydiyyat İdarəsinin siyahısında olmadığı üçün bu ada şəxsiyyət verməyəcəklərini bildirmişdilər.

“Oğluna bu adı qoymaq istəyirsənsə onu xaricə apar. Qeydiyyat İdarəsinin elektron siyahısında belə ad olmadığı üçün şəxsiyyət vəsiqəsi verilə bilməz. İstəyirsən idarədən məhkəməyə şikayət edə bilərsən”-deyə, Qeydiyyat İdarəsinin məsulları Çupaniyə cavab vermişdilər.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan”, “Bənsu” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb.

Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarından birisidir.
Bu xəbər oxucular tərəfindən 895 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed