Şrift:
Rusiyalı deputat: Ölkədə kriptovalyutanın qadağan edilməsi texnoloji inkişafa mənfi təsir göstərəcək
25.01.2022 [10:18] - Xəbərlər, İqtisadiyyat
Rusiya Dövlət Dumasında ölkədə kriptovalyutanın qadağan edilməsinin texnoloji inkişafa mənfi təsir göstərəcəyini bildiriblər.

Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi sədrinin müavini Anton Qorelkin Mərkəzi Bankın ölkədə kreptovalyutanı qadağan etmək qərarını pisləyib.

O qeyd edib ki, iqtisadi təhlükəsizlik baxımından qərar anlaşıqlı olsa da, Rusiyada yüksək texnologiyaların inkişafını ləngidəcək.

Deputatın fikrincə, qərar ətraflı müzakirə olunmalı və kriptovalyuta sahəsində vahid qaydalar müəyyən edilməlidir.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı yanvarın 21-də ölkə ərazisində kriptovalyuta dövriyyəsinin qadağan olunması təklifi irəli sürüb. Eyni zamanda, maliyyə təşkilatlarının kriptovalyutaya sərmayə qoymasının da qadağan ediləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed