Şrift:
Gənclər Təşkilatları Milli Şurası gənclər üçün təlim kursları təşkil edir
25.01.2022 [10:26] - Gündəm, Sosial
Gənclər Təşkilatları Milli Şurası (NAYORA) gənclər arasında radikallaşmanın qarşısının alınması üçün onların bilik və bacarıqlarının artırılması və bu sahədə qabaqcıl təcrübənin tətbiqi məqsədilə səkkiz günlük təlim kursu təşkil edir.

NAYORA-dan bildiriblər ki, kurslarda yaşı 18-dən yuxarı olan və ən azı orta səviyyədə ingilis dili bilən, təlim bitdikdən sonra öz icmasında davamlılıq (follow-up) layihəsi edə biləcək şəxslər olmalıdır.

Təlimdə iştirak etmək istəyən şəxslər #NAYORA yazaraq ətraflı məlumat və qeydiyyat linki əldə edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed