Şrift:
BMT-nin baş katibi Burkina Fasoda dövlət çevrilişi edənləri silahı yerə qoymağa çağırıb
25.01.2022 [10:51] - Xəbərlər, Siyasət
BMT-nin Baş katibi Antonio Quterreş Burkina Fasoda dövlət çevrilişi edənləri silahı yerə qoymağa çağırıb.

“Yerusəlim Post”a istinadla xəbər verir ki, Baş katib Burkina Fasoda hakimiyyətin silah gücü ilə ələ keçirilməsi cəhdini qətiyyətlə pislədiyini bildirib. Bu çağırış ölkədə hərbçilərin hakimiyyəti ələ keçirdiklərini elan etmələrinin fonunda edilib.

Qeyd edək ki, Burkina Fasoda 14 zabitdən ibarət qrup dövlət televiziyası vasitəsilə hakimiyyəti ələ keçirdiklərini elan ediblər. Onlar dövlət hakimiyyətinin artıq polkovnik-leytenant Paul-Henri Sandaogo Damibanın başçılıq etdiyi Mühafizə və Bərpa üçün Vətənpərvərlik Hərəkatının əlində olduğunu bildiriblər.

Hərbçilər ölkə konstitusiyasının fəaliyyətinin dayandırıldığını, hökumətin buraxıldığını, Burkino-Fasonun quru və hava sərhədlərinin bağlandığını elan ediblər.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed