Şrift:
Son sutkada Fransada COVID 19-a 500 mindən çox yoluxma faktı qeydə alınıb
26.01.2022 [10:50] - Gündəm, Sağlıq
Fransada son sutkada COVID-19 virusuna 501min 635 yeni yoluxma halı və 364 ölüm faktı qeydə alınıb.

Bu barədə Fransa Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, ötən həftə çərşənbə axşamı 464 min 769 yoluxma qeydə alınıb. Son 24 saatda xəstəxanalara 3 842 koronavirus xəstəsi daxil olub. Reanimasiya şöbələrində 3 741 ağır vəziyyətdə olan virus xəstəsinin intensiv müalicə alır. Ötən həftə isə bu rəqəm 3 881 olub. Reanimasiya şöbələrində xəstələrin sayı azalsa da, ümumi virus xəstələrinin sayı artmaqda davam edir. Son 24 saatda reanimasiya şöbəsinə 380 yeni ağır vəziyyətdə olan virus xəstəsi daxil olub. Ötən həftə isə bu rəqəm 367 olub. Son 24 saatda yalnız xəstəxanalarda 364, ötən həftə isə 288 ölüm faktı qeydə alınıb. Pandemiya başlayandan koronovirus ölkədə 129 489 can alıb.

Səhiyyə naziri Olivye Veran ölkədə 60 nəfərdə omikron ştamının yeni BA.2 variantının aşkarlandığını bildirib. Sanitar böhranla bağlı yaradılmış elmi şuranın prezidenti Jan-Fransua Delfresi omikron dalğasının bitmədiyini qeyd edib. Artıq ölkədə peyvənd pasportu qüvvəyə minib.
Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed