Şrift:
İsmayıllıda əsas kapitala yönəldilən investisiyanın həcmi artıb
27.01.2022 [11:32] - Gündəm, İqtisadiyyat
İsmayıllı rayonunda 2021-ci ildə iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 48 milyon 25,7 min manat investisiya yönəldilib ki, bu da əvvəlki illə müqayisədə 1 milyon 33 min manat və ya 2,2 faiz çoxdur.

Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, investisiyanın 39 milyon 656,1 min manatı və ya 82,6 faizi dövlət mülkiyyətinin, 8 milyon 369,6 min manatı və ya 17,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür.

Ötən il rayonda əsas kapitala yönəldilən investisiyanın 37 milyon 597 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu sahəyə yönəldilən investisiyanın həcmi inişilki göstəricidən 959 min manat çox olub.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed