Şrift:
Bu il 150 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin ediləcək
27.01.2022 [11:36] - Gündəm, İqtisadiyyat
Bu il 150 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışını təmin etməyi hədəfləmişik.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda təşkil etdiyi seminarda nazir müavini Rövşən Rüstəmov deyib.

O bildirib ki, ötən il bu rəqəm 40 min olub. “Bizim hədəfimiz həm də ölkənin hər bir yerinin yüksəksürətli internetə çıxışını təmin etməkdir. Bu isə minimum 25 m/bit saniyədir”, - deyə nazir müavini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed