27.01.2022 [12:37] - Gündəm, Sağlıq
İsrailin Səhiyyə Nazirliyi əlavə xəstəlikləri olan və risk qrupuna daxil edilən 18 yaşdan yuxarı insanlar üçün peyvəndin dördüncü dozasını təsdiqləyib.
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qərar 60 yaşdan yuxarı insanlar üçün vaksinin dördüncü dozasının faydası, onun üçüncü doza ilə müqayisədə infeksiyaya qarşı immuniteti iki dəfə artırdığı, xəstəliyin ağır keçirilməsi riskini isə üç-beş dəfə azaltdığı barədə məlumatlar nəzərə alınaraq qəbul edilib. Vaksinin dördüncü dozası yalnız üçüncü dozadan dörd ay sonra vurula bilər, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, İsraildə 2020-ci il dekabrın 20-dən koronavirusa qarşı kütləvi peyvənd kampaniyasına start verilib. 2021-ci il iyulun sonlarından vətəndaşlara peyvəndin üçüncü dozası, 2022-ci ilin yanvar ayının əvvəlindən isə 60 yaşdan yuxarı şəxslərə, tibb işçilərinə və risk qrupuna daxil olan pasientlərə peyvəndin dördüncü dozası vurulmağa başlanıb.
İsrailSəhiyyə Nazirliyinin məlumatına görə, indiyə qədər ölkədə yaşayan 9,3 milyon vətəndaşdan 6,68 milyonuna bir doza, 6,07 milyonuna iki doza, 4,43 milyonuna üç doza, 611 mininə isə dörd doza peyvənd vurulub.

Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |