30.12.2012 [14:16] - DAVAMın yazıları
Mətanəz Əzizova: “nadir hallarda boşanma zamanı yalnız pencəklərini götürüb evdən çıxan kişilər də var”
Yəqin çoxlarımız boşanma zamanı cütlüklərin ev davası “döydüyünün” şahidi olmuşuq. Ər mülkiyyət hüququ olduğunu əsas gətirməklə ailə qurmamışdan əvvəl aldığı evdə keçmiş həyat yoldaşının yaşamasına izn vermək istəmir, qadın da qarşı tərəfin mülkiyyət hüququna hörmətlə yanaşıb, bayırda qalmağı qəbul etməyə razı olmur. Milət vəkili, parlamentin sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli mətbuata açıqlamasında bildirib ki, boşanmaların 90 faizi mülkiyyət iddiaları ilə müşayiət olunur: “Bunun nəticəsində də qadınlar əziyyət çəkir. Bu məsələlərin həlli üçün hüquqi baza üzərində düşünülməlidir”.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bizimlə söhbətində bildirdi ki, kifayət qədər qadın boşanma zamanı yaşamağa evlərinin olmadığı, həyat yoldaşının evində yaşama hüququnun təmin edilməsi üçün onlara müraciət edir: “Təbii ki, biz də bu cür qadınlara ancaq hüquqi yardım göstərə bilirik. Hazırda vəziyyət belədir ki, əgər mülkiyyət birgə yaşayış vaxtı alınıbsa, mülkiyyət boşanma zamanı cütlüklər arasında yarı bölünür. Eyni zamanda, əgər qadın həyat yoldaşının, yaxud qayınata və qayınanasının evində qeydiyyata düşübsə, bu zaman ona həmin evdə yaşamaq hüququ verilir. Yaşamaq hüququ veriləndə isə, əksər vaxtlarda qadın münasibətlərin korlandığı evə qayıda bilmir, yaxud heç həyat yoldaşı buna icazə vermir. Əgər kişi qadının həmin evdə yaşamasını istəmirsə və qadın da bununla razıdırsa, bu zaman qadına kompensasiya verilir. Bizim təcrübədə bu, 3-5 min manat arasında olub. Bu pula təbii ki, ev almaq mümkün deyil, bunu yalnız ev kirayəsi üçün istifadə etmək olar. Onu da deyim ki, nadir hallarda boşanma zamanı yalnız pencəklərini götürüb evdən çıxan kişilər də var”.
M.Əzizova onu da qeyd etdi ki, kişilər nikah vaxtı ev alanda çox vaxt mülkü öz adlarına qeydiyyata salmırlar ki, sabahısı gün boşanma olarsa, qadın bundan yararlana bilməsin: “Amma qadın yeni alınan evə qeydiyyata düşməsini istəsə, bu, ər və ərin qohumları tərəfindən yaxşı qarşılanmaya bilər. Buna görə də qadınlarımız heç bunu tələb də etmirlər”.
Qanunlarda bəzi ziddiyyətin olduğunu deyən M.Əzizova tyəşkilatlarının qarşılaşdığı bir təcrübəni diqqətimizə çatdırdı: “Ər-arvadın 1 uşağı vardı və boşandıqdan sonra ər qadından evdən çıxmasını tələb etmişdi. Qadının da evə qeydiyyatı olmadığından, oranı tərk etmək məcburiyyətində idi. Maraqlıdır ki, məhkəmə uşağın ana ilə qalmasına qərar vermişdi. Amma ziddiyyət bunda idi ki, bir tərəfdən məhkəmənin qərarı var ki, uşaq anayla qalmalıdır, digər tərəfdən anaya imkan verilmir ki, oğlunun yaşamaq haqqının tanındığı evdə onu böyütsün”.
M.Əzizovanın sözlərinə görə, qanunla qadın qayınata, yaxud qayınanasının adına olan evə gəlin köçübsə, mülkiyyətçi ilə müqavilə bağlanmalıdır: “Yəni qayınata müqavilədə göstərməlidir ki, qeydiyyatı olmasa belə, gəlinə onun evində yaşamağa icazə, yəni mülkündə yaşamaq hüququ verir. Bu zaman boşanma olarsa, həmin müqaviləni məhkəməyə təqdim etməklə gəlinə həmin evdə yaşamaq hüququ verilə bilər. Amma hansı gəlin toydan sonra deyər ki, “qayınana, qayınata, durun gedək notariusa, mənə yaşamaq hüququ verin”. Təəssüflər olsun ki, boşanma zamanı qadınlar ayılırlar və məhkəməyə müraciət edirlər. Bu zaman isə qonşular gəlinin həmin evdə yaşadığını təsdiqləsə belə, gəlin evdə yaşamaq hüququnu geri ala bilmir”.
M.Əzizova məsələyə qadın hüquqları baxımından yanaşıldığı kimi, mülkiyyət hüquqları baxımından da yanaşmağın vacib olduğunu vurğuladı: “Məsələyə qadın hüquqları baxımından deyil, mülkiyyət hüququ baxımından yanaşsaq, kişi deyə bilər ki, “bu, mənim mülkümdür, illərlə işləyib ev almışam və icazə vermişəm ki, həyat yoldaşım mülkiyyətimdə müvəqqəti yaşasın. İndi boşanmışıq və onun mülkiyyətimdə yaşamasına icazə vermirəm”. Bu halda qadını qınamaq lazımdır ki, vaxtında yaşadığı evdə qeydiyyata düşmək hüququndan istifadə edərdi. Bunları etməyibsə, bu zaman məhkəmə təbii ki, mülk sahibinin xeyrinə qərar verməlidir. Ümumiyyətlə, mülkiyyətçi kimi ərin evləndiyi qadını mülkiyyətinə qeydiyyata almamaq hüququ var. Çoxları düşünür ki, nikah müqaviləsi bağlandığı zaman problem həllini tapacaq. Amma nikah müqaviləsi də qanun çərçivəsində olmalıdır. Çox vaxt fikirləşirlər ki, nikah müqaviləsində qeyd olunmalıdır ki, qayınatanın, yaxud ərin adına olan ev boşanarkən yarı bölünəcək. Belə şey ola bilməz. Çünki mülk nikahdan sonra qadının həyat yoldaşı tərəfindən alınan ev deyil ki, qadın ona nikah müqaviləsi ilə şərik çıxsın”.
M.Əzizova hesab edir ki, qanunlara dəyişiklik etməklə hansısa ortaq nöqtə tapmaq olar ki, mülkiyyətçinin də, qadının da hüququ pozulmasın.
Günel CƏLİLOVA

Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |