28.01.2022 [10:45] - Gündəm, Sosial
Böyük Britaniyanın təyyarə və gəmi ilə bir həftəyə çatılan ada muzeyi yenidən ziyarətçilərin üzünə açılıb.
Atlantik okeanının buzlu cənub sularında yerləşən Britaniyanın Cənubi Corciya adası Qütb dairəsinin bir qədər yuxarısında yerləşir.
Ən yaxın hava limanı dörd günlük qayıq səfəri tələb edir. Adada daimi yaşayış məntəqəsi, internet xətti yoxdur, burada cəmi 20-yə yaxın alim, texniki və təmir işçiləri çalışır.
Adada yerli sakinlər olmadığından, yarımkürənin yay fəslində Cənubi Corciya Muzeyi fəaliyyətə başlayır, bəziləri Britaniyadan olan işçilər mövsümi olaraq bura gəlirlər.
Bu səyahət adətən Oksfordşirdəki “Brize Nortondan Folklend” adalarına 18 saatlıq uçuş ilə başlayır. Afrika sahillərindəki Cape Verdedən başlayan iki saatlıq transferdən sonra işçilər Folklenddən 4-6 gün davam edən 1000 mil məsafəlik yolu balıqçı gəmisi ilə gedirlər. Bura dünyanın son nöqtəsidir. COVID-19-un başlaması ilə bağlanan ada muzeyi bu məsafəyə və pandemiyaya baxmayaraq yenidən açılıb.
Pandemiyadan əvvəl 100-ə yaxın gəmi hər yay adaya 10 minə yaxın ziyarətçi aparırdı və bu insanların demək olar ki, hamısı pulsuz olan muzeyi ziyarət edirdi.
Adada qəbiristanlıq da var. 100 il əvvəl burada vəfat etmiş Cənubi Corciyanın ən məşhur qəhrəmanı Ernest Şeklton həmin qəbiristanlıqda dəfn edilib. Kabus şəhərə gələn qonaqlar qəbiristanlığı ziyarət etməyi unutmurlar.
Cənubi Amerika və Cənub qütbünə Londondan daha yaxın olan Cənubi Corciya adası 18-ci əsrdən etibarən Britaniyaya bağlıdır. Ölkənin başçısı Kraliça II Elizabetdir. 1989-cu ildə britaniyalı alim bu şəhəri muzeyə çevirməyi təklif edib.

Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |