Şrift:
Malidəki əməliyyatda iştirak edən Danimarka hərbi kontingenti geri qaytarılır
28.01.2022 [10:46] - Gündəm, Hərb
Malidəki əməliyyatda iştirak edən Danimarka hərbi kontingenti geri qaytarılır.

Bu haqda qərar Danimarka hökuməti ilə ölkə parlamenti arasında aparılan məsləhətləşmələrdən sonra verilib. Bundan əvvəl Malinin keçid hökuməti Danimarkaya qarşı ittihamlar səsləndirərək, krallıq əsgərlərinin ölkədən çıxmasını tələb edib.

Ümumilikdə Takuba Xüsusi Əməliyyat Missiyası tərkibində Danimarka Afrikanın Sahel bölgəsinə 90-a yaxın əsgər göndərib. Missiya Fransanın rəhbərliyi ilə 2014-cü ildən Malidə həyata keçirilən Barkhane əməliyyatının bir hissəsidir. Lakin 2020-ci ildə çevrilişlə hakimiyyətə gələn Malinin yeni hökuməti danimarkalıların ölkədə mövcudluğuna qarşı sərt bəyanatla çıxış edib. Bəyanatda qeyd olunub ki, Danimarka kontingentinin ölkə ərazisində yerləşdirilməsi Mali hakimiyyətinin əvvəlcədən razılığı olmadan həyata keçirilib.

Cavab olaraq Malinin yeni hakimiyyətinin sözlərini təkzib edən Danimarka hökuməti öz qoşunlarını geri çəkmək qərarına gəlib. Danimarkanın müdafiə naziri Trine Bramsenin sözlərinə görə, geri çəkilmə prosesi bir qədər vaxt aparacaq.

Qeyd edək ki, silahlı yaraqlılara qarşı davamlı əməliyyatların aparılması üçün regional qüvvələrlə birgə işləmək üçün xüsusi təyinatlılar, maddi-texniki və taktiki dəstək verən “Takuba” əməliyyatında ümumilikdə 14-ə yaxın Avropa ölkəsinin qüvvələri iştirak edib. Lakin son vaxtlar Malinin hazırkı rəhbərliyi ilə Avropa ölkələri arasında anlaşılmazlıq yaranıb ki, bu isə artıq İsveç kontingentinin regiondan çıxarılmasına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 3834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed