Şrift:
Qırğızıstan-Tacikistan dövlət sərhədində vəziyyət sabitləşib
28.01.2022 [10:47] - Gündəm, Sosial
Qırğızıstan-Tacikistan dövlət sərhədinin Səmərqəndıq, Tort-Koço, Kok-Taş, Daxma, Koço-Boyu və Qolovnaya bölgələrində vəziyyət sabitləşib.

Xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti bildirib.

“Gecə insidentsiz sakit keçib. Vəziyyətə nəzarət və monitorinqi Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti həyata keçirir”, - deyə Sərhəd Xidmətinin məlumatında qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 442 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed