28.01.2022 [11:04] - Gündəm, Sosial
Son günlər yeni növ koronavirusa (COVID-19) yoluxanların yenidən artması müşahidə edilir. Vəziyyəti nəzarətdə saxlamaq, xəstəliyin ağır fəsadlarının qarşısını almaq üçün gücləndirici doza vaksin vurdurmaq mühüm əhəmiyyət kəsb edir. Fevralın 15-dən ikinci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Onların ictimai iaşə obyektlərinə, iri ticarət mərkəzlərinə, toylara və digər kütləvi tədbirlərə girişi məhdudlaşdırılacaq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib: “Peyvənd olunmaq yoluxmadan qorumur, lakin xəstəliyin gedişatının ağırlaşmasından və ölüm hallarından qoruyur. Bunu peyvənd olunmuş və peyvənd olunmamış şəxslərin xəstəliyi necə keçirdiyini müqayisə edərkən görmək olar”.
Paytaxtdakı səhiyyə müəssisələrində peyvənd olunmaq üçün uzun növbələr müşahidə edilmir. Tibb müəssisəsinə müraciət edərək qısa zaman ərzində vaksin vurdurmaq olar. Fevralın 15-dən yeni qaydaların tətbiq olunacağını nəzərə alaraq indidən demək olar ki, vaksin vurdurmaq üçün üz tutanların sayı artacaq. Bu isə poliklinikalarda sıxlığın yaranmasına, yoluxma hallarının çoxalmasına və səhiyyə müəssisələrinin yükünün artmasına səbəb ola bilər.
Bakıdakı 2 nömrəli poliklinikanın həkimi Mətanət Şirinovanın dediyinə görə, peyvəndin vurulması çox vacib məsələdir, çünki eyni vaxtda müraciət edənlərin çoxluğu müəssisədə xəstə yükünü artırır və sıxlığa səbəb olur. Bu da pandemiya dövründə arzuolunmazdır.
Ona görə də fevralın 15-ni gözləmədən səhiyyə müəssisələrinə müraciət etmək ən yaxşı çıxış yoludur.

Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |