Şrift:
İranın dövlət televiziyasına kiber hücum edilib
28.01.2022 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
10 saniyə müddətində rejimə müxalif “Xalq Mücahidləri Təşkilatı”nın rəhbərləri Məsud və Məryəm Rəcəvinin şəkilləri əks olunub, onların çıxışları yayınlanıb və "ölüm olsun Xaməneyiə" şüarı səsləndirilib.

Hücumun danılmaz olduğunu və əksəriyyət tərəfindən göründüyündən sonra Dövlət Televiziyasının rəsmiləri serverin kiberhücuma məruz qaldığını etiraf ediblər.

Bununla yanaşı ilk hücumdan qısa müddət sonra İranın "islam inqilabı" ideologiyasının əsas təbliğat vasitələrindən biri sayılan beynəlxalq "Əlaləm" televizya kanalıda kiberhücuma məruz qalıb və Məsud Rəcəvinin çıxışı səsləndirilib.

Qeyd edək ki, bundan öncə də İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed