01.11.2011 [06:04] - Güney Azərbaycan-Təbriz
“İran hökuməti uzun illər boyu Azərbaycanı içəridən zəiflətmək üçün öz agentləri və beşinci sütun - “yatan özəklər” vasitəsilə Azərbaycana sızmağa səylər göstərmişdir”
İran Azərbaycan Respublikasının müstəqilliyini uzun tərəddüddən sonra tanımışdır. Azərbaycanın 18 oktyabr 1991-ci ildə öz müstəqilliyinin bərpa olunduğunu elan etməsinə baxmayaraq, Tehran bu dövləti yalnız 1992-ci ilin yanvar ayının 4-də tanımağa məcbur olmuşdu. Bu tərəddüd, Azərbaycan adının beynəlxalq siyasətin subyekti kimi yenidən meydanda olmasını İranın özünə qarşı milli təhdid saymasından irəli gəlirdi.
İranın Azərbaycanda maraqları və xarici siyasət prioritetləri “İran hökuməti uzun illər boyu Azərbaycanı içəridən zəiflətmək üçün öz agentləri və beşinci sütun - “yatan özəklər” vasitəsilə Azərbaycana sızmağa səylər göstərmişdir” İranın Azərbaycan Repsublikasında milli maraqlarının gerçəkləşdirilməsinə nail olmaq üçün fəal olduğu sahələrdən biri də iqtisadiyyatdır. İdxal-ixrac sektorunda təmsil olunan orta miqyaslı ticarət qurumları, maliyyə bazarında Bank of Baku, Royal Bank kimi banklarla yanaşı, sırf İran bankları olan Bank Melli, Bank Saderat və s. qurumların fəaliyyəti nəticəsində və yerli oliqarxlarla biznes əlaqələri yaratmaqla İran, Azərbaycanda iqtisadi şəbəkəsini qurmağa nail olmuşdur. Azərbaycanda geniş fəaliyyət imkanları olan və 3-cü ölkə ərazisindən gələn İran kapitalı ilə çalışan “Royal Bank”ın Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbarhimovun ailəsinə aid edilən biznes mərkəzində yerləşməsi, inkişaf etməkdə olan yeni özəl banklardan “Xalq Bank”ın Azərbaycanın oliqarxlarından biri tərəfindən himayə edilməsi və həmin bankın İran mənşəli, “Sepah”la əlaqəli şəxslərin idarə etdiyi “Bank of Baku” ilə əlaqələrinə dair şübhələrin mövcudluğu Tehranın Quzey Azərbaycan istiqamətində siyasi hədəflər daşıyan investisiyasının xarakterinə aydınlıq gətirmək baxımından faydalıdır. Qeyd edilməlidir ki, “Sepah” SUNİR kimi örtük şirkətləri vasitəsi ilə bənzər infrastrukturları, o cümlədən elektrik stansiyalarının inşası və yenilənməsi ilə bağlı layihələri Ermənistanda da həyata keçirir və bu hal Azərbaycanın milli maraqlarının ayrı-ayrı oliqarx çevrələrinin maraqlarından daha geniş, daha ciddi və məsuliyyətli yanaşma tələb etdiyini ortaya qoyur. İran Azərbaycanın inkişaf perspektivləri üçün əhəmiyyət daşıyan layihələrdə maneələr yaratmaqla yanaşı Azərbaycana qarşı zorakı vasitələrə əl atmaqla da rəsmi Bakını strateji kursundan çəkindirməyə cəhdlər göstərir. 2001-ci ilin iyulunda İran hərbi təyyarələrinin Azərbaycanın hava sərhədlərini pozması və Xəzərdə kəşfiyyat aparan gəmilərə hücumlar bu siyasətin göstəricisi olmuşdur. Xəzərin hüquqi statusunda hər cür barışıqdan uzaq mövqedə duran İranın işğal olunmuş ərazilərdə ermənilərlə əməkdaşlığı da Tehranın Azərbaycanı zəiflədə biləcək addımlara əsaslanan siyasi xəttinin təzahürüdür. İşğal olunmuş Cəbrayıl rayonu ərazisində Xudafərin su səddinin tikintisinin ermənilərlə davam etdirilməsinin Xəzərin hüquqi statusunda tutulan mövqe ilə məntiqi baxımdan nə dərəcədə bağlı olduğu yalnız qeyd etdiyimiz tezis çərçivəsində mümkün görünür. Bu baxımdan İranın Ermənistanla münasibətləri, o cümlədən hərbi sahədə əməkdaşlığı kimi problemlər Tehranın Azərbaycanla bağlı maraqları kontekstində qiymətləndirilməlidir. Güney Qafqazda bu cür münaqişəli bir durumun olması əslində İran üçün “bölgədənkənar qüvvələr”in müdaxiləsi baxımından arzuolunan situasiya yaratmasa da Azərbaycanın resurslarının məhdudlaşdırılması və strateji hədəflərinin sapdırılması baxımından faydalı durumu təmin edir. Bu baxımdan Ermənistan da “... İranın Cənubi Qafqazdakı müxtəlif proseslərə qoşulmasını dəyərləndirir və onu bölgədə tarazlıq və sabitliyin saxlanmasına töhfə verən amil (seçmə müəllifindir-N.Y.) kimi nəzərdən keçirir” və hesab edir ki, “İrana qarşı geniş iqtisadi sanksiyaların tətbiqi Ermənistanın milli təhlükəsizliyini təhdid edəcəkdir”. İranın dövlət qurumlarının və onlara bağlı olan strukturların Azərbaycan Respublikasına qarşı yönəlmiş fəaliyyətinin təhlili İranın aşağıdakı maraqlarının Quzey Azərbaycanda yürüdülməsi istiqamətində addımlar atıldığını söyləməyə əsas verir:
1 - İran, Azərbaycanın dövlət siyasəti tərcihlərinin Qərb dəyərləri və təhlükəsizlik sisteminə inteqrasiyadan kənarlaşdırmaqda maraqlıdır;
2 - Yuxarıda qeyd olunanları təmin etmək məqsədi ilə İran, Azərbaycanın iqtisadi və tam siyasi müstəqillik qazanmasına qarşı maneələr yaratmağa çalışır;
3 - İran, Qərb qüvvələrinin regiondan uzaqlaşdırılmasında maraqlı olduğu üçün Azərbaycanın beynəlxalq güclərlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi ortaq layihələrə qarşı sabotaja yönəlmiş aktiv addımlar planlaşdırmaqdadır;
4 - İranın Azərbaycan səhnəsində ilk və ən başlıca narahatlığı İrandakı Azərbaycanlıların haqlarının müdafiəsi ilə bağlı fəaliyyətlərin siyasi gündəmdə gerçəkləşməsi qorxusundan irəli gəlir. Güney Azərbaycan insan haqları və milli haqların müdafiəçilərinə belə bir dəstəyin təzahürü İran rəsmi qurumları tərəfindən İslam Respublikasının ərazi bütövlüyünə başlıca təhdid kimi qəbul edilir. Siyasi qərarları qəbul etmədəki bu kurs İranın Azərbaycan Respublikası ilə bağlı xarici siyasətinin məzmunu və tərcihlərini, eləcə də bu ölkənin xüsusi xidmət orqanları və onunla bağlı qurumlarının Azərbaycandakı fəaliyyətinin istiqamətlərini müəyyənləşdirir.
5 - Dini şiə qurumları, eləcə də siyasi partiyalar (Azərbaycan İslam Partiyası və Azərbaycan Sosial-Demokrat Partiyası) İran tərəfindən müəyyən mənada özünün Azərbaycanın siyasi səhnəsində pərdə arxasından iştirakını təmin etmək üçün istifadə edilir.
İranın Azərbaycandakı qeyd olunan maraqları bir-birini tamamlayan aşağıdakı xarici siyasət prioritetləri ilə səciyyələnməkdədir:
1) Özünün milli təhlükəsizliyini bilavasitə təhdid edən sözdə “bölgədənkənar” qüvvələrin bölgədə və özəlliklə Azərbaycan Respublikasında rolu və nüfuzunu minimuma endirmək;
2) Bütöv Azərbaycan və Güney azərbaycanlıların hüquqlarının qorunması məsələsinin Azərbaycan Respublikasının rəsmi siyasətində əksini tapmasını neytrallaşdırmaq;
3) Bölgənin əlaqələr sistemində özünün iştirakının zəruriliyini təmin etmək məqsədi ilə daimi bölgədə qeyri-müəyyənliyi və problemli nöqtələri aktiv saxlamaq (Dağlıq Qarabağ münaqişəsinin həllində ikili mövqe, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsini əngəlləmək və s.)
4) Dini-siyasi qurumlar və İran fondları vasitəsi ilə ortaq məzhəb bağlarının və rəsmi mifoloji tarixşünaslığa əsaslanan süni kimlik konstruksiyalarının vurğulanması yolu ilə Tehranın nüfuzunun yayılmasına səy göstərmək.

Niyaz Yaqublu
Bu xəbər oxucular tərəfindən 1578 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |