Şrift:
“Azərbaycanın elm və mədəniyyət mərkəzi - Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
31.01.2022 [11:03] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) mayın 8-də Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi - Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Beynəlxalq konfrans Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil ediləcək. Konfransın məqsədi şəhərin tarixi, görkəmli şəxsiyyətləri, milli-mənəvi və sosial-mədəni irsi, ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırılmasıdır.

Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi, Şuşanın Azərbaycan ədəbi irsində yeri, Şuşada incəsənət və memarlıq nümunələri, Şuşada dini-mədəni abidələr, Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.

Konfransa alimlər, elmi işçilər, doktorant və magistrlər məruzə və məqalələr təqdim edə bilərlər. Məqalələr Azərbaycan, türk, ingilis və ya rus dillərində aprelin 1-dək elmtarixi@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed