31.01.2022 [11:09] - Gündəm, İqtisadiyyat
Laçın Suvarma Sistemləri İdarəsinin balansında olan 17 ədəd nasos stansiyası növbəti suvarma mövsümünə hazır vəziyyətə gətirilib.
Bu barədə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
O qeyd edib ki, 1990-cı ildən Ağcabədi rayonu Taxtakörpü ərazisində fəaliyyət göstərən Laçın Suvarma Sistemləri İdarəsinin əsas vəzifəsi rayonda olan əkin sahələrini suvarma suyu ilə təmin etməkdir. İdarənin balansında olan suvarmaya yararlı sahələr 18510 hektardır. Onun 12600 hektarı kənd təsərrüfatı əkinlərində istifadə olunur.
Rayon üzrə kollektor-dren şəbəkələri yaradılıb. Bu drenlər ilkin su yığıcı və qapalı drenlər olmaqla, ümumi uzunluğu 21 kilometrə yaxındır. Su itkisinin qarşısının alınması və suvarma suyunun fermerlərə daha asan çatdırılması üçün son illər torpaq məcralı kanalların beton üzlüyə alınması prosesi gücləndirilib. Başlanğıcını “Fingə-1” nasos stansiyasından götürən və uzunluğu 6,5 kilometr olan torpaq məcralı kanalın bir hissəsi 2020-ci və 2021-ci illərdə beton üzlüyə alınıb. Bu işlər ardıcıllıqla növbəti illərdə də davam etdiriləcək.
İdarə 349 kilometrlik suvarma kanallarına nəzarət edir. O cümlədən beton kanallar 19 kilometrə yaxın, boru kəməri 4 kilometr, torpaq kanallar isə 326 kilometrdir. Hazırda torpaq kanallarda növbəti suvarma mövsümünə hazırlıq məqsədilə lildən təmizləmə işləri görülür.
Görülən işlər rayonda fəaliyyət göstərən fermerlərin də ürəyincədir. Onlar növbəti mövsümdə daha geniş sahələrdə əkin apararaq, bol məhsul əldə etməyi planlaşdırırlar.
Qeyd edək ki, Laçın Suvarma Sistemləri İdarəsinin balansında olan ərazi relyefinə görə müxtəlifdir. İdarənin xidməti ərazisi Qarqarçay və Kür çayları əhatəsində yerləşir. Suvarma suyu öz axımı ilə və mexaniki üsulla Kür çayından götürülərək əkin sahələrinə verilir.

Bu xəbər oxucular tərəfindən 626 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |