Şrift:
Şuşa Dövlət Musiqili Dram Teatrında ilin ilk premyerası
31.01.2022 [11:33] - Gündəm, Mədəniyyət
Şuşa Dövlət Musiqili Dram Teatrı Hüseyn Cavidin “Ana” (bir hissəli mənzum dram) tamaşasının yeni səhnə yozumu ilə 2022–ci ilin ilk premyerasını reallaşdırıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşa dahi ədibin anadan olmasının 140 illiyinə həsr olunub.

“Ana” tamaşasının quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur.

Tamaşada Bahar Həmzəyeva, Xanirə İsgəndərova, Mir Qabil Əkbərov, Sürahi Əliməmmədova, Ayşən Mirzəyeva, Nihad Heybətov, Rasəf Mehdiyev, Türkay Cəfərli və Əlirza Kənani öz rollarını böyük həvəslə ifa edibər.
Bu xəbər oxucular tərəfindən 739 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed