31.01.2022 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qurum İran hökumətindən N. Məhəmmədini dərhal azad etməyə çağırıb.
"Bu cəzanın, o cümlədən fiziki cəzanın icrası ümumdünya insan hüquqları və qanunun aliliyinin prinsiplərinə ziddir", - Avropa Birliyinin xarici siyasət işləri üzrə sözçüsü Peter Stano bazar günü verdiyi bəyanatda bildirib.
Bəyanatda həyatını insan hüquqlarının müdafiəsinə həsr edən Nərgiz Məhəmmədinin bundan öncə də insan haqları sahəsindəki fəaliyyətlərinə görə illərlə zindanda qaldığı xatırladılıb və söz azadlığı da daxil olmaqla fundamental hüquqlara hər zaman sayqı göstərilməli olduğu vurğulanıb.
Bəyanatın sonunda Avropa Birliyi İranı beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və Nərgiz Məhəmmədinin səhhətinin pisləşdiyini nəzərə alaraq onu dərhal azad etməyə çağırıb.
Bundan öncə yanvarın 28-də "Human Rights Watch"da yaydığı bəyanatda İran hökumətini Güney Azərbaycanın Zəngan şəhərindən olan tanınmış insan haqları fəalı Nərgiz Məhəmmədini azad etməyə çağırıb.
Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib.
Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb, rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilərək təzyiqlərə məruz qalıb.

Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |