Şrift:
Ağdam sakini: Ötən illər ərzində doğma yurdumuz hər an fikrimizdə, xəyalımızda olub
01.02.2022 [10:03] - Gündəm, Sosial
Ötən illər ərzində doğma yurdumuz hər dəqiqə, hər an fikrimizdə, xəyalımızda olub. Ən böyük istəyimiz torpağımızın azad edilməsi, Ağdamımıza qayıtmaq idi.

Bu sözləri yanvarın 31-də Bakı-Ağdam reysi ilə hərəkət edən növbəti sərnişin avtobusunda Ağdam şəhərinə gələn Tahirə Məmmədova bildirib. Ömrünün ən xoş günlərinin doğma şəhərində keçdiyini söyləyən Tahirə Məmmədova deyib: “Evimiz Ağdam şəhərinin Süleyman Sani Axundov küçəsində idi. Bağımız, həyətimiz vardı. Uzun müddət barama zavodunda aqronom işləmişəm. Təəssüf ki, Ağdamdakı xoşbəxt günlərimiz 1993-cü ildə sona çatdı. Həyat yoldaşım və oğlum Vətən həsrəti ilə dünyadan köçdülər. Bu günə şükürlər olsun ki, gəldik Ağdamımızı gördük, ziyarət etdik. Arzumuz, əhdimiz yerinə yetdi. Ağdam məscidində namaz qıldım. Səfərin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed