01.02.2022 [10:13] - Gündəm, Hadisə
Yanvarın 31-də axşam saatlarında radarlardan itən qırıcı təyyarənin heyətinin Yapon dənizində axtarışı fevralın 1-də də davam etdirilib.
Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Yaponiya hərbi-dəniz qüvvələrinə məxsus F-15 qırıcısının göyərtəsində iki nəfər heyət üzvü olub. Hazırda özünümüdafiə qüvvələrinin və sahil mühafizəsi xidmətinin İşikava prefekturasındakı Komatsu aviabazası yaxınlığında apardığı axtarış-xilasetmə əməliyyatına təyyarələr, helikopterlər və gəmilər də cəlb edilib.
Yaponiyanın müdafiə naziri Nobuo Kişida özünümüdafiə qüvvələrinin bütün hərbi təyyarələrinin ciddi şəkildə yoxlanması barədə göstəriş verib.
Hadisə ilə əlaqədar təşkil olunan mətbuat konfransında Baş nazir Fumio Kişida F-15 hərbi qırıcılarının uçuşlarının dayandırılmayacağını vurğulayıb.
Qırıcı təyyarənin parçalarının və xilasedici avadanlığın bazadan təqribən 5 kilometr məsafədə aşkar edildiyi bildirilir.

Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |