01.02.2022 [10:26] - İqtisadiyyat
Yeni Zelandiya, Avstraliya və Fransa Xunqa-Tonqa-Xunqa-Xaapay vulkanının yanvarın 15-də püskürməsi nəticəsində böyük ziyan dəymiş Tonqa Krallığına yardım üçün səyləri birləşdirir.
Bu barədə yeni Zelandiyanın Xarici İşlər Nazirliyinin fevralın 1-də yaydığı bəyanatda bildirilir.
Sənəddə qeyd edilir ki, üzv ölkələr 1992-ci ildə yaradılan və Sakit okeanın cənubunda təbii fəlakətlərə qarşı səyləri birləşdirməyi nəzərdə tutan FRANZ əməkdaşlıq mexanizmini işə salıblar. Tonqa Krallığının xahişi nəzərə alınaraq, tərəfdaşlar hərbi-dəniz və hərbi-hava qüvvələrini ada dövlətə dəstək üçün cəlb ediblər. Krallığa içməli su, ərzaq, qəza avadanlığı, elektrik enerjisi istehsalı üçün qurğular, rabitə vasitələri, tibbi texnika və dərmanlar göndərilir. Bütün yardımlar yerli fövqəladə hallar idarəsi və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində çatdırılır.
Xatırladaq ki, Xunqa-Tonqa-Xunqa-Xaapay sualtı vulkanı yanvarın 14-də fəallaşıb. Yanvarın 15-də baş verən güclü partlayış bir sıra böyük olmayan sunami yaratsa da, Krallığın Tonqatapu adasında yerləşən Nukualofa şəhərinə və bəzi yaşayış məntəqələrinə böyük ziyan dəyib, mövcud infrastruktur dağılıb.

Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |