Şrift:
Təbrizdə müəllimlərin etiraz mitinqi başlayıb
01.02.2022 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün yanvarın 31-i yerli vaxtla səhər saat 10-dan başlayaraq Təbriz və ətraf kəndlərin müəllimləri Şərqi Azərbaycan əyalətinin Baş Təhsil İdarəsinin qarşısına toplaşmağa başlayıblar.

İdarəyə gedən küçələrdə polis və mülki geyimli hökumət məmurlarının sayı artırılıb.

Sosial media fəalları xəbər verir ki, hakimiyyət orqanları tərəfindən etirazçı sayının artmaması üçün ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində də müəllimlərin aksiyaya başladıqları barədə məlumat və fotolar yayılıb.

İran Təhsil İşçiləri Koordinasiya Şurasının növbəti çağırışından sonra 29-30 yanvar tarixlərində oturaq aksiya keçirilib.

Keçirilməsi nəzərdə tutulan mitinqə Güney Azərbaycan və İranın əksər şəhərlərinin təhsil işçilərinin qoşulacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed