02.02.2022 [10:02] - Gündəm, Sosial, Gənclik
2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə gənclər arasında şahmat turniri keçirilib.
İdarədən bildirilib ki, yarışın təşkilində məqsəd gənclərin intellektual imkanlarının inkişafına təkan vermək, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qızlar arasında Firuzə İbrahimli birinci, İlahə Rəbilova ikinci, Nəzrin Məmmədova üçüncü yeri tutublar.
Oğlanların mübarizəsində isə Ceyhun Hüseynzadə, İsmayıl Məmmədov və Anar Qasımov müvafiq olaraq birinci, ikinci, üçüncü yerlərə layiq görülüblər.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, yarış COVID-19 infeksiyasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun olaraq keçirilib.

Bu xəbər oxucular tərəfindən 5656 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |