Şrift:
Şahin Bayramov: Azərbaycan gəncləri ölkəmizin tərəqqisi uğrunda Prezidentin ətrafında sıx birləşiblər
02.02.2022 [10:09] - Gündəm, Sosial
2 fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə hamı tərəfindən böyük sevinc və yüksək fəxarət hissləri ilə qeyd olunur. Ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə xüsusi diqqət və qayğı göstərmiş, gənclərin hərtərəfli inkişafını dövlət siyasətinin prioritetlərindən biri hesab etmişdir. Məhz Ulu Öndərin sayəsində ölkəmizdə uğurlu gənclər siyasəti formalaşmış, sağlam gəncliyin yetişməsi üçün zəruri istitusional baza yaradılmış və Azərbaycan gənci dünya gəncləri arasında öz layiqli yerini tutmuşd

Bu fikirləri Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov söyləyib.

Rektor bildirib ki, dahi şəxsiyyətin layiqli davamçısı, Prezident İlham Əliyev yeni dövrün reallıqlarına uyğun olaraq müasir dünyagörüşlü, innovativ düşüncəli, milli-mənəvi dəyərləri üstün tutan, Heydər Əliyev ideyalarına sadiq və Azərbaycançılıq məfkurəsinə bağlı Azərbaycan gənclərinin formalaşması üçün bütün imkanları yaradıb. Danılmaz həqiqətdir ki, bu gün Azərbaycan gənclərinin ən yaxın dostu və dəstəkləyicisi məhz Prezident İlham Əliyevdir.

“Müzəffər Ali Baş Komandanımızın birbaşa rəhbərliyi ilə qazandığımız tarixi Zəfərin qazanılmasında Azərbaycan gəncləri müstəsna rol oynayıb. Qalib Sərkərdəmizin tapşırığı ilə düşməni əzəli torpaqlarımızdan qovan və Qarabağ həsrətinə son qoyan məhz Azərbaycan gəncləri olub. Vətənimizi doğma anasından və əziz canından çox sevən qəhrəman şəhidlərimizin tam əksəriyyəti məhz Azərbaycan gəncləri idi. Vətən yolunda sağlamlığını itirmiş qazi qardaşlarımız da Azərbaycan gəncləri adına şərəf gətirmişlər.

Bu gün Azərbaycan gəncləri nüfuzlu qlobal tədbirlərin tribunalarında milli maraqlarımızı yüksək səviyyədə müdafiə edir, dünyanın nüfuzlu idman arenalarında üçrəngli bayrağımızı dalğalandırır, qabaqcıl təhsil və elm platformalarında mühüm nailiyyətlər qazanır, zəngin tarixi olan milli mədəniyyətimizi beynəlxalq miqyasda layiqincə təmsil edirlər.

Hazırda Azərbaycan gəncləri ərazi bütövlüyü bərpa olunmuş ölkəmizin parlaq gələcəyinin qurulması, doğma Qarabağımızda həyatın bərpa olunması və respublikamızın davamlı tərəqqisinin təmin olunması amalları uğrunda Prezidentimizin ətrafında sıx birləşib. Bu baxımdan, Prezidentimizin Azərbaycan gəncinə verdiyi yüksək dəyər qürurvericidir: “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdır. Gənclər, mən sizə inanıram, güvənirəm”, - deyə Ş.Bayramov qeyd edib.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed