02.01.2013 [17:30] - Güney Azərbaycan xəbərləri
İzmirdə möhtəşəm tədbir keçirildi
31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə Uluslararası Güney Azərbaycan Türkləri Konseyi Türkiyənin 3 şəhərində,İzmir,İstanbul və Ankarada Güney Azərbaycan Türkləri ilə həmrəylik nümayiş etmək məqsədi ilə möhtəşəm konsertlər keçirdi.
28 dekabrda Izmırdə kecirilən konsertə əslən Güney Azərbaycanlı sənətçilər- Cavid Təbrizli, Xosrov Əmiri, Fərhad Əmiri, Rza Təbrizli , Ramin Farhangniya qatıldı və Azərbaycanın ölməz sənətkarları Rəşid Behbudovun, Şövkət Ələkbərovanın mahnılarını səsləndirdilər. Onları pianoda Quzey Azərbaycandan olan Təranə Abbaszadə müşayət etdi. Əslən İğdır azərbaycan türkü olan Sevinc Dağtəkində bu gözəl gündə izmirlilərə cox gözəl bir Azərbaycan xalq mahnısı ifa etdi. Toplantıda Uluslararası Güney Azərbaycan Türkləri Konseyi adından Cəmal Mehmethanoğlu və İsa Ambarcıda cıxış edərək, hər kəsin həmrəylik gününü təbrik etdilər.
29 dekabrda isə, eyni adlı konsert İstanbulda davam etdi. Qonaq sənətçi olaraq Ziyafət Yaqubova Mərmər də öz mahnılarıyla həmkarlarına dəstək oldu. Konsertin gedişatı zamanı Əhməd Obalı və Hikmet Elp hər kəsi salamladı.
30 dekabr ankarada kecirilən həmrəylik günü konsertində Zaur Bayramlı, Xanım Xəlilova ve Cemal Mehmethanoğlu çıxış edərək, iştirakcıların və o cümlədn dünyada yaşayan azərbaycan türklərinin həmrəylik günün təbrik etdilər. Sonra bir-birinin ardınca cox gözəl mahnılar səsləndirildi. Konsert boyunca Güney Azərbaycanlı şairə-yazar Şərifə Cəfəri də öz şerlərini oxudu.
Nigar Börək

Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |