Şrift:
İranın rəsmi kanalında "Xamneyiyə ölüm" şüarı: Qara maskalı şəxs efirdə "bu rejimi yıxacağıq" dedi
02.02.2022 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hücum nəticəsində bu platforma vasitəsilə canlı yayım həyata keçirən İranın bir neçə televiziya kanalının efiri ələ keçirilib.

Faktı təsdiqləyən "Telewebion" bildirib ki, bu gün axşam saat 02:00 radələrindən 23:00-a qədər hücum nəticəsində sistemdə problemlər yaşanıb və bir neçə kanalın verilişləri yarımçıq saxlanılıb.

Məlumata görə, bu gün İranın dövlət teleradio kanalları adi qaydada verilişlərinin yayımını davam etdirərkən qəfildən həmin proqramlar dayanıb və əvəzində İran hökumətinə qarşı "Xamneyiyə ölüm" şüarları ilə keçirilən mitinqlərin görüntüləri yayımlanıb.

Daha sonra maskalı bir şəxsin görüntüsü gəlib və o, İran hökumətinə qarşı fikirlər səsləndirib, bu rejimi yıxacaqlarını bəyan edib. Sonda isə "qorxmayın, qorxmayın, biz hamımız birlikdəyik" şüarı səsləndirilib.

Bu, son illər İran rejiminə qarşı keçirilən mitinqlərdə səsləndirilən şüarlardan biridir.

Bundan öncə yanvarın 27-i gecə saatlarında İranın rəsmi televiziyasının 1-ci kanalına kiber hücum edilmişdi.

10 saniyə müddətində rejimə müxalif “Xalq Mücahidləri Təşkilatı”nın rəhbərləri Məsud və Məryəm Rəcəvinin şəkilləri əks olunub, onların çıxışları yayınlanıb və "ölüm olsun Xaməneyiə" şüarı səsləndirilib.

Qeyd edək ki, bundan öncə də İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.
Bu xəbər oxucular tərəfindən 659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed